Xəbər lenti

ABB korporativ müştərilər üçün mühüm xidmət təqdim etdi
Ekonomiks 15:33 20.02.2025

ABB korporativ müştərilər üçün mühüm xidmət təqdim etdi

Azərbaycan Mərkəzi Bankının və Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) birgə təşkilatçılığı ilə SWIFT istifadəçiləri qrupunun görüşü keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən və SWIFT-in xidmətlərindən faydalanan bankların təmsilçiləri iştirak edib.

Tədbir zamanı ABB-nin SWIFT-lə tərəfdaşlıq əsasında ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdiyi "G4C” xidməti təqdim olunub.

Bu, ABB-nin son illər ölkəmizin bank sektoruna gətirdiyi ilklərdəndir. "G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri internet bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər.

Qeyd edək ki, ABB-nin ilk dəfə yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu. İndi isə "G4C” xidməti vasitəsilə həm ölkəyə, həm də ölkədən edilən köçürmələrin statusunu nəzarətdə saxlamaq olar.

Görüş zamanı ABB-nin SWIFT-lə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda müştərilərə təqdim edəcəyi "Pre-validation” və "Swiftref” məhsulları haqqında da məlumatlar verilib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->