Xəbər lenti

ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi
Ekonomiks 12:12 04.03.2025

ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi

ABB-nin məhsul və xidmətlərindən istifadə təcrübələrini mütəmadi şəkildə bankla bölüşən bir qrup müştəri ilə görüş keçirilib.

Bankın "Agile” ofisində təşkil edilmiş görüşdə müştərilər ABB-nin ayrı-ayrı sahələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Onlara bankın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Bəzi yeni məhsullar təqdim olunub.
Ətraflı

Müştərilər məhsul və xidmətlərlə bağlı faydalı rəylərini diqqətə çatdıraraq gələcək təkmilləşmə prosesləri üçün müəyyən təşəbbüslər irəli sürüblər. Onların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, məhsul və xidmətlərin hazırlanması, inkişaf etdirilməsi proseslərinin real müştəri təcrübələrinə əsaslanması, bu proseslərə müştərilərin də fəal şəkildə cəlb edilməsi "Agile” iş tərzinin əsas prinsiplərindəndir.

Bunu nəzərə alaraq ABB müştərilərlə kommunikasiyaları daim inkişaf etdirir, müştərilərin gözləntilərini doğrultmaq üçün həyata keçirilən layihələrdə onların faydalı rəylərini nəzərə alır.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->