Xəbər lenti

“ABC-Telecom” müştərilərini kütləvi şəkildə məhkəməyə verdi
Ekonomiks09:34 11.03.2023

“ABC-Telecom” müştərilərini kütləvi şəkildə məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərilərini kütləvi şəkildə məhkəməyə verib. 
Qaynarinfo-nun məlumatına görə, 10 mart tarixində "ABC-Telecom” MMC mağazalarından kreditlə məhsul götürmüş müştərilərinin ödənişlərində yaranmış gecikmələrə görə 40-a ayxın şəxslə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət edib. 
MMC kredit götürmüş müştərilərindən pulları ödəməyi tələb edir.
Apardığımız araşdırma zamanı bəlli olub ki, "ABC-Telecom”un mağazaları iş yeri olmadan tək şəxsiyyət vəsiqəsilə kredit verdiyi müştərilərinin əksəriyyətində bu problem yaranıb. 
Qeyd edək ki, "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.
Əhməd