Xəbər lenti

Abdullayev medalın 1 addımlığında uduzdu
İdman17:53 10.08.2016

Abdullayev medalın 1 addımlığında uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib. 

Qaynarinfo.Az-ın məlumatına görə, tarixində ilk dəfə mötəbər turnirdə tam heyətlə təmsil olunan Azərbaycan yığmasının üzvü Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxıb.

İlk qarşılaşmasında fransalı Pol Omba Bionqoloya texniki nokautla qalib gələn boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla gücünü yoxlayıb. Görüş Avropa Oyunlarında qızıl qazanmış təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Halbuki dağıstanlı legionerimiz qələbə qazansaydı, ən azı bürünc medalı özünə təmin edəcəkdi.

Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Onlardan hələlik rinqə çıxan Rüfət Hüseynov (49 kq) mübarizəni dayandırsa da, Albert Səlimov (60 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da ilk görüşünü qələbə ilə başa vurub.

Qaynarinfo.Az