Xəbər lenti

Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR (FOTO)
Ölkə12:14 09.08.2021

Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb. 
Qaynarinfo-nun məlumatına görə, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır. 
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib. 
Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək. 
Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.
Əhməd