Xəbər lenti

Abituriyentlərin 26 faizi ixtisas seçimlərini hələ etməyiblər
Ölkə10:10 05.08.2016

Abituriyentlərin 26 faizi ixtisas seçimlərini hələ etməyiblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimin başa çatmasına 5 gün qalıb. 

Qaynarinfo.Az xəbər verir ki, 5 avqust saat 14:00-a olan məlumata görə artıq 25 677 abituriyent (2407 nəfəri rus bölməsi üzrə) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına daxil olaraq ərizələrini təsdiq ediblər. Onlardan 9534-ü I qrup, 7341-i II qrup, 6606-sı III qrup, 2196 nəfər isə IV qrup üzrə ixtisasları seçərək ərizələrini təsdiq ediblər. 

Qeyd edək ki, I-IV qruplar üzrə bu il keçirilən qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. Onlardan 34 385 nəfəri (44%-i) 200 baldan yuxarı nəticə göstərərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar (150-dən yüksək bal toplayaraq 12 ixtisas üzrə ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanan abituriyentlər istisna olmaqla).     

Bu il I-IV qruplar üzrə ali məktəblərə ümumilikdə 39 039 plan yeri ayrılıb. Onlardan 11 493 yer (29%) dövlət sifarişli ixtisaslardır. Plan yerlərindən 13 632-si (5441 dövlət sifarişli) I ixtisas qrupu, 12 315-si (1926 dövlət sifarişli) II ixtisas qrupu,  9782-si (2721 dövlət sifarişli) III ixtisas qrupu, 3310-nu isə (1405 dövlət sifarişli) IV ixtisas qrupu üçün nəzərdə tutulub. 

Elçin Mahmud

Qaynarinfo.Az