Xəbər lenti

Abituriyentlərin nəzərinə: sonradan peşman olmamaq üçün izləyin (VİDEO)
Ölkə14:40 29.07.2017

Abituriyentlərin nəzərinə: sonradan peşman olmamaq üçün izləyin (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici videoçarx hazırlayıb.

Mərkəzdən “Qaynarinfo”ya verilən məlumata görə, videoçarxda elektron ərizənin doldurulma qaydası mərhələ-mərhələ izah edilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Qaynarinfo.Az