Xəbər lenti

Abramoviç gizli şəkildə Niderland futbol klubunu maliyyələşdirirmiş - Guardian
İdman08:25 30.03.2023

Abramoviç gizli şəkildə Niderland futbol klubunu maliyyələşdirirmiş - Guardian

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi”nin keçmiş sahibi Roman Abramoviç Niderlandın "Vitesse” futbol klubunu gizli şəkildə maliyyələşdirib və "Çelsi”nin sahibi olarkən onun alınmasında iştirak edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” Kipr ofşor provayderi "MeritServus”un sənədlərinə istinadən yazır.
Sənədlərlə tanış olan "The Guardian” və "Bureau of Investigative Journalism” müəyyən ediblər ki, gizli maliyyə ən azı 117 milyon avro təşkil edib və ofşor şirkətlər zənciri vasitəsilə həyata keçirilib. "The Guardian” qeyd edir ki, klubun bütün 2014-2015 mövsümü üçün ümumi dövriyyəsinin cəmi 14 milyon avro olduğunu nəzərə alsaq, bu, böyük investisiyadır.
Niderland klubunun rusiyalı iş adamıyla əlaqəsi ilə bağlı ilk şübhələr 2010-cu ildə keçmiş gürcü futbolçu Merab Jordaniya "Vitess”in sahibi olduqda ortaya çıxıb. 2013-cü ildə Jordaniya klubu tərk edib və rusiyalı iş adamı Aleksandr Çigirinski onun rəhbəri olub. "The Guardian” qeyd edir ki, 2014-cü ildə Jordaniya "Chelsea”nin Vitesse-nin idarə edilməsində rol oynadığına işarə edib. Sonra o, Niderland klubuna Çempionlar Liqasına düşmək üçün komandasını gücləndirməyə icazə verilməməsindən hiddətlənib. O, Londonun bunu istəmədiyini bildirib. Lakin sonradan o, sözlərini geri götürüb. 
Niderland Kral Futbol Assosiasiyası 2010 və 2015-ci illərdə "Chelsea” və "Vitesse” arasında əlaqəni müəyyən etmək üçün iki araşdırma aparıb, lakin hər iki dəfə heç nə tapa bilməyib.
Media ehtimal edirdi ki, hələ "Çelsi”də oynamağa hazır olmayan futbolçular "Vitesse”ə göndəriləcək. 2010-cu ildə o vaxt "Çelsi"yə məxsus olan serbiyalı hücumçu Nemanya Matiç icarə əsasında "Vitess"də çıxış edib.
Jurnalistlərin nəzərdən keçirdikləri sənədlər Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş və Çigirinskiyə məxsus "Marindele Trading”in klubun və komandanın özünün alınmasını maliyyələşdirdiyini təsdiqləyir. Eyni zamanda, Marindale özü müxtəlif offşor zonalarda bir sıra çox milyon dollarlıq kreditlər alıb.  
"The Guardian” yazır ki, kreditləri müəyyən sxem üzrə Abramoviç verib. 2010-cu ilin avqustunda Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Ovington Worldwide şirkəti Çigirinski ilə əlaqəli olan Trigonia Anstalt şirkətinə 20 milyon avro kredit verib. Ovington Worldwide Britaniyanın Virgin adalarından başqa bir şirkətə - Electus Investments-ə məxsus idi. Bu, öz növbəsində, yeganə benefisiarı Abramoviç olan Sara Trust tərəfindən idarə olunurdu. Ovingtonun Trigonia-ya 20 milyon avro borc verdiyi gün, Çigirinski ilə əlaqəli başqa bir şirkət - Belizdə qeydiyyatdan keçmiş Limburg Holdings - Marindale Trading-ə kredit verib. On gün sonra Marindale pulu futbol klubunu almaq üçün istifadə etdiyi Jordaniyanın şirkətinə köçürür.
Sonrakı üç il ərzində Jordaniya Niderland klubuna sahib olduğu müddətdə ona beş milyon dollarlıq kredit verilib. Bütün kreditlər eyni qaydada götürülüb.
"The Guardian” qeyd edir ki, 2013-cü ildə Jordania klubu satdıqdan və Çigirinski rəsmi olaraq "Vitess”in sahibi olduqdan sonra da bu sxem işləməyə davam edib, yalnız Trigonia artıq bu sxemdə yer almayıb. Ovinqton pulu birbaşa Limburqa borc verib, o da eyni məbləği "Vitess” holdinqinə köçürən "Marindale”ə kredit verib. Sonuncu belə transfer 2015-ci ilin dekabrında olub.
"Vitess”in nümayəndəsi bildirib ki, 2010-2016-cı illər arasında klubun holdinq şirkəti Marindale Trading-dən 136,6 milyon avro kredit alıb və daha sonra əlavə kapital şəklində kluba sərmayə qoyub.
Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. 2022-ci il may ayının sonunda klub amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi konsorsiumun nəzarətinə keçib.
Nizami Bağırov