ABŞ-da avtomobillərin orta qiymətinin 50 min dollara yaxınlaşması bu il üzrə ən yüksək göstərici kimi qeydə alınıb.
Amerika avtomobil bazarındakı bu dəyişiklik azərbaycanlı alıcılar üçün də maraq doğurur. Çünki, ölkəmizə ABŞ-dan kifayət qədər avtomobil gətirilir.
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov deyir ki, burada əsas məqam avtomobillərin hansı kateqoriyaya aid olmasıdır.
Yəni okeanın o tayında yeni avtomobillərin bahalaşması birbaşa olaraq Azərbaycanda ABŞ mənşəli avtomobillərin qiymətinə eyni nisbətdə təsir göstərmir.
Bəs hazırda yerli avtomobil bazarında qiymətlər necədir?
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/_hgmsUVKIUo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Şərhlər