Xəbər lenti

ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın valideynləri danışdı - FOTOLAR
Ölkə07:16 10.09.2014

ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın valideynləri danışdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində seksual manyak tərəfindən öldürüldüyü ehtimal edilən və cəsədi yoxa çıxan 23 yaşlı azərbaycanlı qızın valideynləri danışıb.

Virtualaz.org xəbər verir ki, Evelin Vəlibəyovanın atası Artyom və anası Nərgiz Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzetinin əməkdaşı, bu səs-küylü cinayət hadisəsini araşdıran Tomas Farragerlə skype vasitəsilə danışıblar.

Evelinin valideynləri deyirlər ki, Massaçusets polisi cinayətin üstünü isti izlərlə açmaq şansını əldən verib və Evelin yoxa çıxandan sonra onun axtarışı ilə lazımınca məşğul olmayıb. 
Xatırladaq ki, Evelin Vəlibəyova bir neçə il əvvəl ABŞ-a köçüb,Kuinsi şəhərində restoranda işləyib və həmçinin restoran sahibininuşaqlarına dayəlik edib. 2011-ci ilin iyul ayında o, yaşadığı mənzildənyoxa çıxıb. Polis mənzilə baxış keçirəndə xalçanın və döşəmənin qanabulaşdığını görüb, lakin qızın cəsədini indiyədək tapmaq mümkün olmayıb.
Yalnız bu yaxınlarda prokurorluq qızın qətli və cəsədinin yoxaçıxması cinayətinə görə əsas şübhəli şəxsi müəyyən edib. Bu, 1986-cıildə 9 yaşlı qızı oğurlayaraq zorlayan və öldürən, 2006-cı ildə azadlığaçıxan Con Kastenqaudur.
Məlum olub ki, usta işləyən C.Kastenqau hadisədən əvvəlVəlibəyovanın yaşadığı mənzildə təmir işləri görüb. O, mənzilin açarınıəldə edərək qızın evdə tək olduğu vaxtda onu qətlə yetirib. Müstəntiqlərqızın yataq otağından C.Kastenqaunun bu cinayəti törətdiyinitəsdiqləyən dəlillər aşkar ediblər.
Hazırda şərti azadlıqda olma qaydalarına əməl etmədiyi üçün həbsdəolan seksual manyak əvvəlcə cinayəti törətdiyini boynuna alıb, lakindaha sonra verdiyi ifadədən imtina edib və Vəlibəyovanı tanımadığınıbildirib. Cəsəd tapılmadığından ona qarşı qətl ittihamı irəli sürməkproblemlidir.
“The Boston Globe” yazır ki, Vəlibəyovanın Bakıda yaşayan atası vəanası hələ də qızlarının sağ olduğuna ümidlərini üzməyiblər. Onlar ümidedirlər ki, qızları Evelin əvvəl-axır bu qaranlıq boşluqdan çıxacaq vəyenidən onların həyatına geri qayıdacaq.
“Bir dəqiqə də olsun onu yaddan çıxara bilmirik. Qeyri-müəyyənlikbizi öldürür” - deyə Artyom Vəlibəyov emosional müsahibədə bildirib.
“Bizim bütün həyatımız baş-ayaq oldu. Hər gün dua edirik ki, kaş Evelin sağ olaydı” - bunu isə Evelinin anası Nərgiz deyir.
Seksual manyak ziddiyyətli ifadələr verir və ifadələrinin birindətəsdiq edir ki, Vəlibəyovanın mənzilində yarım saatlıq xırda təmirişləri görüb və bir daha həmin mənzildə olmayıb.
Lakin qızın qonşusu polisə verdiyi ifadədə təsdiq edib ki,C.Kastenqau azı iki dəfə Vəlibəyovanın mənzilində olub və azərbaycanlıqız ona təmir işləri sifariş verdiyini danışıb.
Polis C.Kastenqaunun avtomobillərinə, mobil telefonuna, elektronpoçtuna baxış keçirsə də Evelinin öldürülməsi və cəsədiningizlədilməsinə dair hər hansı dəlil tapa bilməyib.
Yerli patrul polisi Con Morris isə deyib ki, o, manayakın bu qətli törətdiyinə və cəsədi gizlətdiyinə şübhə etmir.
“O, qızı qətlə yetirdikdən sonra cəsədini çox güman ki, zibilkisəsinə qoyub və mənzildən çıxarıb. Kastenqau usta olduğundan onunəlində zibil kisəsi aparması heç kimdə şübhə doğurmazdı” - deyə Morrisbildirib.
Evelinin anası və yaxın dostları isə deyir ki, Kuinsi polisi qızınyoxa çıxmasından sonra onun axtarışlarına yetərincə diqqət ayırmadı.
“Bu işə heç məhəl qoymadılar və qiymətli vaxt itirildi” - deyə Nərgiz bildirir.
Kuinsi polisinin rəisi Pavel Kinnan isə deyir ki, onun əməkdaşlarıəllərindən gələni ediblər: “Biz ictimaiyyətin köməyinə ümid edirik,hazırda axtarışlar davam edir”.
Xatırladaq ki, virtualaz.org saytı Evelin Vəlibəyovanın öldürülməsivə cəsədinin yoxa çıxması cinayəti haqda “Boston Globe” qəzetinəistinadən yazandan sonra Azərbaycan XİN bu cinayət hadisəsininaraşdırılmasını nəzarətdə saxlamaq üçün Vaşinqtondakı səfirliyə göstərişverib. 
Bu yaxınlarda Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatlarıMassaçusetsdə olaraq prokurorla görüşüblər. Səfirlik Azərbaycanvətəndaşının yoxa çıxması işini nəzarətdə saxlamaqdadır.

Qaynar.info