ABŞ Avropa İttifaqından idxal olunan bəzi məhsullara tətbiq edilən gömrük rüsumunu qaldırıb.
Qaynarinfo xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının qaydalarına əsasən, Aİ istehsalı olan təyyarə, pendir, zeytun, geyim və s. məhsullara qoyulan vergilər 18 oktyabrdan etibarən artacaq. Belə ki, təyyarələrə tətbiq olunan vergi 10%, sənaye və digər məhsulların vergisi isə 25% qalxacaq.
ABŞ təxminən 11 milyard dollar dəyərində məhsulun vergilərini artırmaq istəsə də, ÜTT yeni qaydaları 7,5 milyardlıq məhsula tətbiq edib.
Gülşən