Xəbər lenti

ABŞ-dan dollarla bağlı bəd xəbər gəldi
Ekonomiks08:31 07.02.2017

ABŞ-dan dollarla bağlı bəd xəbər gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Mərkəzi Bankı FES-in Filadelfia şöbəsinin Sədri Patrick Harker bankın mart ayına planlaşdırılan iclasında faiz artımını istisna etməyib.
Qaynarinfo.Az publika.az-a istinadən xəbər verir ki, bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker mart toplantısında faiz artımı təklifinin masada olacağını deyib.
O məşğulluq göstəricisinin yaxşı olduğuna diqqət çəkərək bildirib ki, ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir: ”Əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var".
Harker martın 14-15-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gediləcəyini ictimaiyyətə açıq şəkildə söyləyən ikinci FES səlahiyyətlisidir. FES-in San-Francisco sədri John Uilliams da keçən həftə "Bloomberg"ə verdiyi müsahibəsində, faiz artımına gediləcəyini söyləmişdi. İnvestorlar isə mart ayına planlaşdırılan toplantıda faiz artımına 25% ehtimal olduğunu deyirlər.
Xatırladaq ki, FES ötən həftəki iclasında faizləri dəyişdirməmişdi.
Qaynarinfo.Az