Xəbər lenti

ABŞ Dövlət Departamenti "Mətbuata azadlıq" kampaniyasına başlayıb
Siyasət08:00 01.05.2015

ABŞ Dövlət Departamenti "Mətbuata azadlıq" kampaniyasına başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Senzuraya, hücum və hədələrə məruz qalan, öz peşə fəaliyyətinə görə itkin düşən KİV və jurnalistlərin adlarını açıqlayacaq.

ABŞ Dövlət Departamenti 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində azad və müstəqil mətbuata dəstək üzrə səylər çərçivəsində illik “Mətbuata azadlıq” kampaniyasına başlayıb.  

Əvvəlki illərdə  olduğu kimi, Dövlət Departamenti senzuraya, hücum və hədələrə məruz qalan, öz peşə fəaliyyətinə görə itkin düşən KİV və jurnalistlərin adlarını açıqlayacaq.

"Turan İA"-ın Vaşinqton müxbirinin məlumatına görə, aprelin 30-da keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibi Mari Harf Azərbaycanda və Svazilenddə jurnalistlərin həbsinə toxunub. 

“Azərbaycanda hökumətin əmri ilə 12 jurnalist və bloqqer həbsdədir. Onların arasında Hilal Məmmədov da var. O, 2012-ci ildə xəyanət, millətlərarası ədavətin qızışdırılması, narkotik maddə alverində ittiham olunaraq, 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib.

BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupu onun həbsini əsassız hesab edir və 2014-cü ilin martında dərhal azadlığa buraxılmasına çağırıb.

Biz onun və ifadə azadlığı hüququnu gerçəkləşdirmək istəyinə görə həbsdə olan digər jurnalistlərin azadlığa buraxılması ilə bağlı bütün çağırışlara qoşuluruq.

Biz Azərbaycanı bu cür təqiblərə və müstəqil mətbuata qarşı digər təzyiq formalarına son qoymağa, ifadə azadlığı sahəsində öz öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq”, - Mari Harf bildirib.

Qaynar.info