Milli Şuranın namizədi, kinodramaturq Rüstəm İbrahimbəyov Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verib.
“Siyasət səhrasının bəyaz günəşi” başlıqlı müsahibədə o, ABŞ və Rusiyada keçirdiyi görüşlərdən də danışıb.
İbrahimbəyov deyib ki, ABŞ-da Dövlət Departamentində, Konqressdə, ictimai təşkilatlarda görüşlər keçirib.
"Həm Moskvada, həm də Amerikada mən eyni cavabı almışam: “Azərbaycan enerji və təhlükəsizlik məsələlərində bizim dünyadakı strateji tərəfdaşımızdır”. Cavablar hamısı bu cür idi, eyni idilər... Mənə deyirdilər ki, konkret olaraq heç bir namizədə dəstək verməyəcəklər – nə mənə, nə Petrova, nə Sidorova, nə də Azərbaycanın indiki prezidentinə. Deyirdilər ki, onlar Azərbaycanda ədalətli seçkilərin keçirilməsini istəyirlər və buna yardım edəcəklər"- deyə İbrahimbəyov müsahibəsində bildirib.
Qaynar.info