Xəbər lenti

ABŞ idmançısı Tokio Olimpiadasına buraxılmadı (SƏBƏB)
İdman06:34 24.07.2021

ABŞ idmançısı Tokio Olimpiadasına buraxılmadı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cinsi təcavüzdə günahlandırılan amerikalı qılıncoynadan Alain Haciç Tokio çempionatının açılışından bir gün əvvəl Olimpiya Kəndinə köçmək üçün apelyasisiya şikayəti təmin olunmayıb. 
Qaynarinfo bu haqda USA Today-a istinadla xəbər verir.
Üç qız 2013-2015-ci ilin may ayında idmançı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Haciç bütün ittihamları rədd edir. Bununla belə, 2021-ci ilin iyun ayında idmançı ABŞ milli komandasından müvəqqəti olaraq kənarlaşdırılıb.
Məhkəmə Haciçin komanda yoldaşları ilə birgə qalmasını qadağan edib. Bu baxımdan, qılıncoynadan Olimpiya kəndindən yarım saatlıq məsafədə bir oteldə qalmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Tokiodakı Olimpiya Oyunları 23 iyulda başlayıb, 8 avqusta qədər davam edəcək.
Alpər