Səfirlik, CNN-in sabiq aparıcısı Larri Kinqin Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib
ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın tanınmış telejurnalisti, CNN-in sabiq aparıcısı Larri Kinqin işğal olunmuş Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib.
Səfirlikdən, amerikalı telejurnalist Larri Kinqin səyahət planları barədə məlumatsız olduqlarını deyiblər: "Mövcud münaqişə səbəbi ilə, biz Dağlıq Qarabağda ABŞ vətəndaşlarına konsulluq xidmətləri təklif etmirik".
Səfirlikdən bildirilib ki, ABŞ bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atmağa çağırır.
Qeyd edək ki, bəzi xarici KİV-lər məşhur telejurnalist Larri Kinqin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdırması barədə xəbər vermişdi.
Məlumatda qeyd olunur ki, qondarma Dağlıq Qarabağın separatçı rejiminin lideri Bako Saakayan jurnalisti Dağlıq Qarabağ dəvət edib və Larri King dəvəti qəbul edib.