Xəbər lenti

ABŞ-Çin müharibəsi dünya iqtisadiyyatına nə qədər zərər vuracaq?
Ekonomiks08:40 28.05.2019

ABŞ-Çin müharibəsi dünya iqtisadiyyatına nə qədər zərər vuracaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Çin arasında davam edən iqtisadi müharibə 2021-ci ildə dünya iqtisadiyyatına 600 milyard dollar itki ilə nəticələnəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" iqtisadçıları bildirib. Lakin digər analitiklər iki ölkə iqtisadiyyatında müharibə olmadan da geriləmənin baş verəcəyini vurğulayır. Proqnozlara görə, ABŞ və Çin iqtisadiyyatının inkişafı növbəti dövrlərdə 0,2%-0,5% zəifləyəcək.
Qeyd edək ki, dünya nəhəngləri arasında iqtisadi müharibə 2018-ci ilin iyul ayından bəri davam edir. Ötən günlərdə ABŞ Çindən idxal edilən 300 milyard dollarlıq məhsula, Çin isə 60 milyard dollar dəyərə sahib ABŞ məhsuluna əlavə gömrük vergisi tətbiq edib.
Gülşən