Rusiyanın Avropa ilə
mümkün bir qarşıdurma vəziyyəti olacağı halda Amerika beşinci nəsil F-35
qırıcıları Rusiyaya qarşı dura biləcək yeganə təyyarə olacaq.
Qaynarinfo xəbər
verir ki, strateji düşüncə mərkəzi RAND-ın bir hesabatında bu təyyarələrin
Rusiyanın hava hücumundan müdafiə sistemini keçə biləcəyi qeyd edilir. Onlar
"münaqişənin ilk saatlarından etibarən əhəmiyyətli bir töhfə verə biləcəklər".
Bununla birlikdə,
F-35-lərin tədarükü üçün müqavilə imzalayan NATO ölkələrinin hava qüvvələrini
özlərinin yaxşılaşdırmaları lazımdır. Analitiklər qeyd edib ki, bu, gələcəkdə
yeni Amerika qırıcılarının iştirakı ilə birgə əməliyyatlar keçirmələri üçün
onlara imkan verəcək.
Oktyabr ayının əvvəlində
ABŞ Konqresinin Amerika F-35 çoxfunksiyalı qırıcılarının Birləşmiş Ərəb Əmirliklərinə
(BƏƏ) satılmasının qarısını almağa çalışdığı bildirilmişdi. Orada BƏƏ-nin silah
sahəsində Rusiya və Çin ilə əməkdaşlıq etdiyi xatırladılıb.
ABŞ BƏƏ-nin F-35-in
sirlərini Rusiya tərəfi ilə "paylaşa biləcəyindən” ehtiyat edir. Onlara görə, Rusiya
Hərbi Hava Qüvvələrinin tərkibində F-35-lərin olması Rusiyanın bu döyüş
maşınlarını müxtəlif döyüş şəraitində necə vurmağı öyrədə bilər.
Alpər
Şərhlər