Xəbər lenti

ABŞ Çini bu addımı atmağa məcbur etsə, dollar çökəcək
Ekonomiks12:15 08.05.2020

ABŞ Çini bu addımı atmağa məcbur etsə, dollar çökəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin ABŞ dövlət istiqrazlarının bir hissəsindən yaxa qurtara bilər və bununla da dolları çökdürə bilər. 
Qaynarinfo xəbər verir ki, bu haqda "South China Morning Post”in dərc etdiyi materialda deyilir. Nəşrin jurnalistlərinin fikrincə, bu addım Vaşinqtonun COVID-19-u Çinin yaymasıyla bağlı iddialarına cavab olacaq.
Hazırda ABŞ-ın Çinə olan borcu təxminən 1,1 trilyon dollardır. Eyni zamanda, Amerika mediası Ağ Evin qiymətli kağızlar üzrə defolt elan etməklə ÇXR qarşısında öhdəliklərindən imtina edə biləcəyi barədə şayiələri getdikcə daha çox müzakirə etməyə başlayıb.
Analitiklər amerikalıların bu qədər ekstremal tədbirlər görəcəyinə şübhə edirlər. Bununla belə, belə bir müzakirə faktı Pekini özünü risklərdən qorumağa və ABŞ istiqrazlarına qoyulan investisiyaların həcmini kəskin azaltmağa məcbur edə bilər.
Üstəlik, Çin Vaşinqton üçün bütün ABŞ qiymətli kağızlar bazarını silkələyəcək bir manevr üçün ən uyğun olmayan anı seçə bilər. Nəticədə, dünya ehtiyat valyutası kimi dollara güclü zərbə vurulacaq.
"Çin ABŞ hökumətinin borcunu satmaqla dollar və maliyyə bazarlarının çökməsinə səbəb ola bilər", - deyə qəzet yazır. Jurnalistlər də etiraf edirlər ki, Pekin sadəcə yeni istiqraz emissiyalarını almağı dayandıra bilər.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Çinin səriştəsizliyini yeni növ koronavirus pandemiyasının başlamasının səbəbi adlandırıb. Bundan əlavə, amerikalılar tez-tez Covid-19-un Vuhandakı Çin laboratoriyasında süni şəkildə yaradıldığına dair ittihamlar səsləndiririrlər.
Alpər