Ağ Ev Pekini İrandan neft almaqdan imtina etməyə məcbur etmək üçün Çinin siyasətinə təsir göstərməyə çalışır.
Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Maliyyə Naziri Stiven Mnuçin Fox News-a açıqlamasında deyib:
"Artıq Çin rəsmiləri ilə görüşlər keçirilib... Çin dövlət şirkətləri İran neftini almaqdan imtina etdilər. İrandan neft tədarükünü tamamilə dayandırmaq üçün Çin hakimiyyəti ilə sıx əməkdaşlıq edirik..."
Alpər