Xəbər lenti

ABŞ səfiri Zaur Qurbanlıdan danışdı
Ölkə08:39 14.06.2013

ABŞ səfiri Zaur Qurbanlıdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Bakıdakı səfiri  Riçard Morninqstar Azərbaycan hakimiyyətini yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərin işlərinin ədalətli və şəffaf araşdırılmasına çağırıb.

“Biz hakimiyyətdən Azərbaycanda siyasi məhbuslarla bağlı əşyavi dəllilərə əsaslanaraq, şəffaf ədalətli məhkəmə keçirilməsini gözləyirik”, - deyə Morninqstar bu gün jurnalistlərlə söhbətində ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Səfirlik həbsdə olan gənc NİDA fəalı, talassemiya xəstəsi olan Zaur Qurbanlının səhhətinin pisləşməsi ilə əlaqədar hər hansı addımlar atırmı? Bu suala cavabda səfir deybi: “Biz səfirlik olaraq  bütün məhbuslarla humanist davranamağa çağırırıq və çalışırıq. Qeyd etdiyiniz şəxsin (Qurbanlının) bu xəstəliyi  ilə əlaqədar ona ən yaxşı tibbi xidmət göstərilməsinə çağırırıq”, - deyə səfir qeyd edib (contact.az).