Xəbər lenti

ABŞ səfiri"Azadlıq radiosu"ndan danışdı
Ölkə13:44 14.03.2015

ABŞ səfiri"Azadlıq radiosu"ndan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz hesab edirik ki, "Azadlıq radiosu" işlәməli vә jurnalist standartına әn uyğun şәkildә fәaliyyәtini davam etdirmәlidir". 
Trend-in mәlumatına görә, bu barәdә ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta sözügedәn radio ilә bağlı ötәn gün Xarici İşlәr vә Vergilәr nazirliklәrindә aparılan görüşlәrә münasibәt bildirәrkәn deyib.
Lakin səfir rәsmi qurumlarla müzakirә olunan istiqamәtlәri açıqlamayıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib.
Qaynar.info