ABŞ və Çin arasında ticarət müzakirələrinə start verilib.
Qaynarinfo xəbər verir ki, ABŞ xəzinə naziri Stiven Mnuçin və Çin baş nazir köməkçisi Liu He-nin rəhbərlik etdiyi qruplar Pekində bir araya gəlib. Çin və ABŞ arasında 90 günlük iqtisadi atəşkəs elan edilib və bu dövr 1 martda yekunlaşır. Çin xarici işlər nazirinin sözçüsü Hua Chunying müzakirələrdən müsbət nəticə gözlədiklərini açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə Çinlə böyük ticarət razılığına hazır olduğunu dilə gətirmişdi.
Qeyd edək ki, əvvəlki görüş 7-9 yanvarda keçirilmiş və nəticəsiz qalmışdı. Əgər razılıq əldə edilməsə, tərəflərin tətbiq etdiyi əlavə gömrük vergiləri yenidən qüvvəyə minəcək.
Gülşən