Xəbər lenti

Abşeronda dəhşətli qətl: 6 yaşlı qızı döyərək öldürdülər
Ölkə10:20 01.08.2016

Abşeronda dəhşətli qətl: 6 yaşlı qızı döyərək öldürdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda dəhşətli qətl törədilib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynarinfo.Az