Xəbər lenti

Abşeronda dənizdə batan şəxs tapıldı - YENİLƏNİB
Ölkə15:55 07.08.2016

Abşeronda dənizdə batan şəxs tapıldı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayon sakini dənizdə batıb.

Qaynarinfo.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

***

 Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə batan şəxsin axtarışları başa çatıb.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-ci il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:40-da başa çatıb.

Qaynarinfo.Az