Xəbər lenti

Ağcabədidə dərsdən evə qayıdan müəllimlər həlak oldular (FOTO)
Ölkə17:40 03.03.2019

Ağcabədidə dərsdən evə qayıdan müəllimlər həlak oldular (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2 gün əvvəl Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, rayonun Rəncbərlər və Hüsülü kəndlərinin yaxınlığından keçən hissəsində "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobillərin toqquşması nəticəsində vəfat edən "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və Həyat Məmmədova müəllim olub.
Hadisə müəllimlər kənd məktəbində dərslərini bitirərək Ağcabədi şəhərində yeni salınmış qəsəbədəki evlərinə qayıdarkən baş verib.
Bildirilir ki, E.Məmmədobv həm də Ağcabədidə "Yeni Abituriyent" kursunda çalışırmış və rayonda tanınmış ingilis dili müəllimlərindən olub.
Qeyd edək ki, hadisə vaxtı digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Vəfat edən Elsevər Məmmədovun bəzi fotolarını təqdim edirik.