AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
2021-ci ilin sonunda bankın xalis mənfəəti 4.3 milyon manat təşkil edib.
Hesabata əsasən, 31 dekabr 2021-ci il tarixinə bankın aktivləri 889 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib - 67%.
Bankın kredit portfeli 30% artaraq 598 milyon manata çatıb. 2020-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 3.8 milyon manat artıb.
Ümumi depozit portfeli 10% artaraq 707 milyon manat təşkil edib.
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn) hesablarına daxil olmaq olar.