Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
AccessBankın 2023-cü ilin nəticələrinə əsasən xalis mənfəəti 43 milyon manat təşkil edib. Bu nəticə ötən ilin eyni göstəricisi ilə müqayisədə 2.1 dəfə çoxdur. Bununla da ROE göstəricisi 34.1%-ə yüksəlib.
Hesabata əsasən, 31 dekabr 2023-cü il tarixinə bankın aktivləri 1398.6 milyon manat təşkil edib ki, onun da 70.8%-ni kredit portfelidir. Bankın kredit portfeli il ərzində 25.2% artaraq 990.3 milyon manata çatıb. Kredit portfelinin artımı xüsusən mikro sahibkarların kreditləşməsi hesabına olub və bank bu istiqamətdə ümumi bazar payının 25%-nə sahib olmaqla lider mövqeyini qoruyur.
Bankın depozit portfeli 22.1% artaraq 1 078.9 milyon manata çatıb. Eyni zamanda, bank ötən il ərzində beynəlxalq kreditorlardan 51 milyon manat həcmində vəsait cəlb edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-u bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.