Xəbər lenti

AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
Ekonomiks 12:53 13.06.2024

AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan AccessBank ölkənin şimal-qərbində daha bir regional filialının açılışını elan edir.
 
Yeni Goranboy filialı Ə.Mehdiyev küç ev 19 ünvanında yerləşir.

Filial şəbəkəmizin genişləndirilməsi müştərilərə daha səmərəli xidmət göstərmək və biznesin inkişafına dəstək olmaq məqsədi ilə regionda fəaliyyətimizi gücləndirmək istəyimizi əks etdirir. 

Yeni filial müştərilərə kreditlərin, o cümlədən mikro və aqro kreditlərinin verilməsi, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

"Yeni regional filialın açılması müştərilərimizə daha yaxın olmaq və onların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək istəyimizdə mühüm addımdır. Əminik ki, Goranboy filialımızın fəaliyyəti sahibkarlığa dəstək olmaq və şimal-qərb regionunda maliyyə əlçatanlığını təmin etmək məqsədlərimizə çatmağa imkan yaradacaq”, - AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar . 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->