
Mycard müştərilərin həm rahatlığını artırır, həm də yeni cəlbedici imkanlar yaradır.
Qaynarinfo.az xəbər verir ki, AccessBank müştərilərin rahatlığını təmin etmək üçün myсard brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verib. Artıq mycard-ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər. Mycard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.
Eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verib. Kampaniya müddətində myсard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər.
Bankın bütün yeni və cari müştəriləri mycard kartını məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər. Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından (accessbank.az/az/page/mycard/#contentLeft), və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.
Qaynarinfo.az