
UEFA Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya - İtaliya oyununa hakim təyinatını açıqlayıb.
Qaynarinfo.az xəbər verir ki, Bordodakı görüşü macarıstanlı Viktor Kaşşai idarə edəcək.
Qeyd edək ki, Viktor Kaşşai Avropa çempionatının açılış matçı olan Fransa - Rumıniya görüşündə də baş hakim olub. O həmçinin Tuluzada keçirilmiş İtaliya - İsveç görüşünü idarə edib.
Qaynarinfo.az