Xəbər lenti

“Açıq mikrofon” həftəlik işinə Zərdabda başladı (FOTO)
Ekonomiks13:42 05.06.2023

“Açıq mikrofon” həftəlik işinə Zərdabda başladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.
Qaynarinfo xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb.
Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.
2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.
Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.
Alpər