Xəbər lenti

“Açıq mikrofon” Quba abonentlərinin müraciətləri üçün quruldu (FOTOLAR)
Ekonomiks14:38 29.09.2022

“Açıq mikrofon” Quba abonentlərinin müraciətləri üçün quruldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səyyar qəbul otağı”nın Qubada baş tutan aksiyasında ümumilikdə 19 müraciət ünvanlanıb.
Qaynarinfo xəbər verir ki, bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib. Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli)  qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.