Xəbər lenti

Adam dişləyən futbolçu mövsümün sonunadək cəzalandırıldı
İdman15:10 31.03.2016

Adam dişləyən futbolçu mövsümün sonunadək cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Lids Yunayted" klubunun hücumçusu Suleyman Dukara rəqibini dişlədiyi üçün 8 matçlıq diskvalifikasiya olunub.

Qaynar.info xəbər verir ki, bu insident fevralın 23-də İngiltərə I dəstəsinin XXXIII turunun "Fulhem"lə matçında baş verib. 1:1 hesabı ilə başa çatan oyunun II hissəsində Seneqal mənşəli fransalı oyunçu rəqibin Venesueladan olan mərkəz müdafiəçisi Fernando Amorebyeta ilə dalaşarkən özündən böyük futbolçunu dişləyib. Baş hakim buna görə hər 2 futbolçuya 68-ci dəqiqədə sarı vərəqə göstərib. Amorebyeta məhz bu sarı vərəqə sayəsində son dəqiqələrdə daha birini alaraq meydandan qovulub.

Qeyd edək ki, Suleyman Dukara bu hərəkətinə görə 8 matçlıq cəzalandırılıb, gələcəkdə eyni hadisəyə yol verməməsi barədə xəbərdarlıq elan olunub və 5 min funt (6 min avro) cərimələnib. 24 yaşlı futbolçu cari mövsüm "Lids"də 23 çempionat matçına çıxıb və 3 qola imza atıb. Bu cəzanın qüvvəyə minməsi o deməkdir ki, Dukara mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Qaynar.info