Xəbər lenti

Ağdaş komandası "Rabotniçki"yə 13 qol vurdu - FOTOLAR
İdman10:17 18.04.2016

Ağdaş komandası "Rabotniçki"yə 13 qol vurdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdaş rayonunun eyniadlı komandası həvəskarlar arasında keçirilən ölkə birinciliyinin final mərhələsində ilk görüşünü keçirib.

Qaynarinfo.az xəbər verir ki, Ağdaş şəhər stadionunda keçirilən görüşdə yerli futbolçular Bakının "Robotniçki" komandası ilə qarşılaşıb. "Ağdaş"ın futbolçuları meydana əsgər formasında çıxıblar. 1 dəqiqəlik sükutdan sonra oyuna start verilib.

Təxminən 500 azarkeşin izlədiyi görüşdə ilk hissəni "Ağdaş" 4:0 hesabı ilə başa vurub. Ağdaşlılar fasilədən sonra qonaqlara daha 9 top vurub. Nəticədə "Ağdaş" rəqibini 13:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, I dəstəyə çıxmağı qarşısına məqsəd qoymuş "Ağdaş" növbəti tur Bakıda "Meqa" komandası ilə oynayacaq. Bu görüş aprelin 24-də köhnə "Şəfa" stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qaynarinfo.az