Xəbər lenti

Ağdaş Suvarma Sistemlərində «yuyulan» 1,5 milyon manat
Ölkə 15:35 07.07.2014

Ağdaş Suvarma Sistemlərində «yuyulan» 1,5 milyon manat

Hər il ölkəninin melorasiya və su təsərrüfatları idarələrinin balansına milyardlarla manat vəsait köçürülür.

Amma ortada barmaqla göstəriləcək bir iş yoxdur və Azərbaycanda əkinə yararlı torpaqlar sürətlə şorlaşmaqdadır.

Son 10 il müddətində «Melorasiya və Su Təsərrüfatı» ASC-yə heç də yol çəkilişinə ayrılan vəsaitdən heç də az vəsait ayrılmayıb. Hər nə qədər tənqid olunsa da, Azərbaycanda yolların çəkilişində gözgörəsi bir nailiyyətdən danışmaq olar. Amma ölkəninin Melorasiya və Su Təsərrüfatı  sisteminə hər il milyardlparlp manat vəsait qoyulsa da, ortada heç bir şey görünmür. Azərbaycanın əkinə yayralı sahələri sürətlə şorlaşmaqda davam edir. Su sahəyə qoyulan çox milyardlıq sərmayələrin və əhalidən yığılan suvarma pullarının, (suvarma pulları göstərilən taarifdən 5 dəfə artıq toplanır), hara sərf olunducu barədə heç kimin xəbəri yoxdur. Sözsüz ki, Əhməd Əhmədzadənin müvafiq idarələri ortaya gördükləri iş barədə ortaya sənəd qoya bilərlər. Amma sənədlərdə göstərilən işləri göstərə bilməzlər. Çünki ortada görülən iş yoxdur. Daha doğrusu bu işlər kosmetik işlərdir.

Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanovun ötən il həyata keçirdiyi 1,5 milyon manatlıq maliyyə maxinasiyası ilə bağlı PİA.AZ-a ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, idarə müdiri 2013-cü ildə dövlətin nə az, nə də çox 1,5 milyon manatdan çox vəsaitini rəhbərlik etdiyi suvarma sistemində «yuyub».

Yəni sənədlərə əsasən 1,5 milyon manat müxtəlif işlərər sərf olunub, amma ortada görülən bir iş yoxdur. Məlumata əsasən  Ağdaş Suvarma Sistemləri İdarəsi 2013-cü ildə nasos stansiyalarının saxlanılmasına 1 milyon manatdan (1075375) çox vəsait xərcləyib. Rayon Suvarma Sisitemləri idarəsinin sənədlərində keçən il 349 müxtəlif hidrotexniki qurğunin inşası və 6 nasos stanisyası təmir edilməsi, həmçinin 250 kilometrdən çox kanalların lildən təmizlənməsi və bunun üçün 472 min manat (472943) vəsaitin xərclənməsi qeyd olunub.

Qeyd edək ki, araşdırmamız zamanı məlum olub ki, 2013-cü ildə satınalmalarda Meliorsaiya Və Təsərrüfatı ASC təərfindən Ağdaş Suvarma Sistemləri İdarəsinə 510 min manat vəsait köçürülüb. Ağdaş Suvarma Sistemləri İdarəsi yerdə qalan 1 milyon manat vəsaiti isə müxtəlif vaxtlarda təkrarən həm «Melorasiya və Su Təsərrüfatı» ASC-dən, həm də suvarılmasını təşkil etdiyi torpaqlardan yığılan su pulu vasitəsi ilə təmin edib. 

Xatırladaq ki, Ağdaş Suvarma Sistemləri İdarəsi 25 min hektardan çox ərazinin suvarılmasını təşkil edir. Bunun üçündə vətəndaşlardan, sahibkarlardan 1 hektar torpaq sahəsinin suvarılmasına görə 10 manat su pulu yığır.  Belə ki, Rəsul Zamanov il ərzində əhalidən və fermerlərdən 250 min manatdan artıq su pulu yığdığı bildirilir. Həmin vəsaitin çox cüzi hissəsi sənədlərdə göstərilir və böyük qismi sədəcə toplanan zaman mənimsənilir. 

Qaynağın bildirdiyinə görə Rəsul Zamanovun əsas qazanc mənbəsi kanalların lildən təmizlənməsi və müxtəlif hidrotexniki qurğuların cari təmiridir. Bu işlərdən idarə müdiri il ərzində 500 min manatdan çox qazanc əldə etdiyi iddia olunur. Məlumatda göstərilir ki, rayonun Kotavan, Xınaxlı kəndlərindəki ikipilləli nasos stansiyalarının təmirində xərclənən 300 min manat, həmçinin Qarxun elektirik stanisyasına istifadə olunan 120 min manat vəsait sərf olunub.  Bu fantastik vəsaitlərə rəğmən yuxarıda adları keçən nasos stansiyalarında dekorativ işlər aparılıb. Bundan başqa Rəsul Zamanovun sənədlərdə qiymətləri bir neçə dəfə şişirdiyi bildirilir.  

Qaynaq bildirir ki,  Ağdaş Suvarma Sistemləri İdarəsi müdirinin bu cür maliyyə maxinasiyaları ilə bağlı şoxlu sayda faktlar təqdim edə bilər. Belə faktlardan biridə bu il 129 hidrotexniki qurğunun cari təmiri, 266 kilometr kanallarda lilin təmizlənməsi, həmçinin 1200 metr beton kanalda təmir işlərinin görülməsidir.

Qaynaq iddia edir ki, Rəsul Zamanov ötən il olduğu kimi bu ildə görülən işlərin əksəriyyətinin qiymətlərini bir neçə dəfə şişirdərək dövlətin külli miqdarda vəsaitini mənimsəyib.

Bildirək ki, 2014-cü ildə Ağdaş Suvarma Sistemlərinə  700 min manat vəsait ayrılıb. Həmin vəsaitlər tikinti matreallarının, müxtəlif texnikalara ehtiyyat hissələrinin və elektirik avadanlıqlarının alınması və hidroqurğuların bir hissəsinin cari təmiri üçün istifadə olunub.  Maraqlıdır ki, hər il Ağdaş Suvarma Sistemlərinin balanasında olan hidroqurğular, nasos stansiyaları sənədlərdə «ağır» şəkildə cari təmir olunur. Halbuki bir hidroqurğunun cari təmirinə xərclənən qaynağın bildirdiyinə görə 12 min manat vəsaitlə üç qurğunu təmir etmək olar və bu təmirdən sonra normalda həmin qurğular 4-5 il çalışmalıdır. Amma Rəsul Zamanov ildə bir neçə dəfə hidroqurğuların təmirini təkrarən həyata keçirir. Qaynaq iddia edir ki, bu rayon Suvarma Sistemləri İdarəsinin hesabındakı vəsaitlərin  silinməsi üçünhəyata keçirilir. 

Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanovun həyata keçirdiyi çay sahilllərinin bərkidilməsi maxinasiyası ilə bağlı redakisyamıza daxil olan ilginc informasiyanı yaxınlarda oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->