Xəbər lenti

Ağdaşın mərkəzi və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırıldı
Ölkə17:37 14.11.2020

Ağdaşın mərkəzi və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 21:00 radələrində magistral kəmərdə aşkarlanan qaz sızmasının ləğvi ilə bağlı Ağdaş rayonunun mərkəzi və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsi gecə saatlarında qaz sızmasının ləğvi ilə bağlı təmir işləri aparacaq. Qeyd edilən ərazilərdə qaz təchizatının noyabrın 15-də səhər saatlarında bərpası gözlənilir.