Xəbər lenti

Adel səhhətinə görə səhnəni tərk edir
Sənət 15:55 28.02.2024

Adel səhhətinə görə səhnəni tərk edir

Müğənni Adel pərəstişkarlarına səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq səhnəni tərk etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, ulduz müğənni bu barədə "Instagram"da yazıb.

Adel bildirib ki, Las-Veqasda keçiriləcək konsertlərinin vaxtını dəyişdirməli olub. Onun sözlərinə görə, səs tellərinə mənfi təsir göstərən xəstəlikdən tam sağala bilməyib.

"Çıxışıma davam etməzdən əvvəl tam sağalmaq şansım yox idi və indi yenidən xəstəyəm. Təəssüf ki, bu mənim səsimə təsir etdi. Buna görə də, həkimlərin göstərişinə əsasən, yaxşı dincəlməkdən başqa yolum yoxdur", deyə Adel izah edib.

Sentyabrın sonunda müğənni Las-Veqasdakı növbəti konsertində mümkün toy haqqında danışıb. Adel artıq evli olduğunu, ərinin qonaqlar arasında yer aldığını qeyd edib. O, ərinin adını açıqlamayıb. Amma məlumdur ki, müğənni bir neçə ildir basketbol agenti Riş Paulla görüşür. Noyabrda jurnalistlər sənətçinin gizli şəkildə evləndiyini təsdiqləyiblər.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->