Xəbər lenti

Adil Nağıyevə hökm oxundu - 5 il...
İdman16:14 12.12.2025

Adil Nağıyevə hökm oxundu - 5 il...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.
"Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. 
Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub. 
A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan "Şamaxı” – "Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş "Zirə” – "Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb. 
Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib.