Ölkə 21:54 04.02.2023

Adil Qeybulla 26 gündür aclıq edən Bəxtiyar Hacıyevlə görüşdü (AÇIQLAMA)

"Fevralın 4-də, saat 09.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə onun həbsdə olduğu müddətdə ikinci dəfə görüşdüm. Görüşə vəkillərin və vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti aclıq aksiyasının gedişinə uyğundur".

Qaynarinfo xəbər verir ki, bunu həkim Adil Qeybulla deyib.

"Bəxtiyar bəy ürəkbulanma, qusma, ümumi halsızlıq, zəiflik, baş və mədə ağrılarından, başgicəllənmədən şikayət edir. Çəkisi 71 kiloqramdır. Bədən çəkisinin itirilməsi - 13 kiloqram. Hemodinamik və laborator göstəriclərində baş verən dəyişiklik (Arterial təzyiq – 80/60 mm .c.st., nəbzi 90, səkəri 3.8 mmol/l. Təmasa girmək və koordinasiya qabiliyyəti zəifləyib. Müayinə aparıldı və söhbət etdik. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi", deyə professor əlavə edib.