Xəbər lenti

Adnan Oktardan "Harun Yəhya" açıqlaması
Ölkə10:58 20.04.2014

Adnan Oktardan "Harun Yəhya" açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər Azərbaycan mediasının gündəmində olan Adnan Oktar onun haqqında yazılan xəbərlərdən narahat olamağa başlayıb.  

Qaynar.info-nun  elektron poçtuna Adnan Oktarın vəkili Gülcan Karakaş tərəfindən daxil olan məktubda onun haqqında yazılanlar və yayılan informasiyalar təkzib olunur. 

Həmin təkzib məktubunu olduğu kimi təqdim edirik:

"Azərbaycanca yayımlanan bəzi internet saytlarında dünyaca təsirli və məşhur müsəlman yazıçı Harun Yəhya təxəllüslü cənab Adnan Oktar haqqında əsli olmayan uydurma bir məktub yayımlanmışdır. Həmin məktub başdan sona təhqir və cinayət xarakteri daşıyan və tamamilə yalan, ziddiyyətli və həqiqəti əks etdirməyən hadisələrlə doludur. 

Əvvəla, cənab Adnan Oktarın 70 dilə çevrilmiş 300-dən çox əsəri vardır. Cənab Adnan Oktar Amerikanın “Georgetown” Universitetinə bağlı Müsəlman-Xristian Dialoqu Mərkəzi və İslami Strategiyalar İş  Mərkəzi tərəfindən 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən təsirli müsəlmanları arasında seçilmişdir.  

İslamı təsirli bir şəkildə anlatması səbəbi ilə cənab Adnan Oktar əleyhində fəaliyyət göstərən qruplar tərəfindən söz mövzusu əsassız məktubda verilənə bənzər iddialar dəfələrlə dilə gətirilmişdir. Türkiyə məhkəmələri bunlarla əlaqədar qaldırılan bütün iddialar haqqında bəraət qərarları vermişdir. 

Cənab Adnan Oktara və dostlarına qarşı cinsi məzmunlu iftiralar əsilsizdir.

 Tanınmış bir insanın etibarını yox etmək, adını ləkələmək və onu xalqın gözündən salmaq məqsədilə baş vurulan ən klassik üsullardan biri cinsi məzmunlu iftiralardan istifadədir. Söz mövzusu iddiaların gerçək qəbul edilməsi üçün bu mövzuda bir şikayətçiyə və ya zərərçəkmişə, yaxud da bunları təsdiqləyəcək bir şahidə ehtiyac vardır.    Ancaq bu iftiranı təsdiqləyəcək tək bir nəfər belə, şahid, şikayətçi və ya zərərçəkmiş yoxdur. Türkiyə Cümhuriyyəti məhkəmələri söz mövzusu iddiaların hamısını rədd etmişdir. 

Cənab Adnan Oktarın özünə hərəmxana qurduğu iddiası isə yenə gerçəklərlə əlaqəsi olmayan, uydurma və heç bir dəlilə əsaslanmayan, ictimaiyyətdə böyük narazılıq oyatmaq üçün istifadə edilən cinsi məzmunlu iftiralardan biridir.

Tarix boyu bütün səmimi insanlara, peyğəmbərlərə, elçilərə, Allah yolunda cəhd edənlərə belə iftiralar atılmışdır. Hz.Yusif (əs) Quranda bu mövzuda verilən önəmli bir nümunədir.  Xüsusilə dindar kimi tanınan insanlara qarşı bu üsul tərcih edilmişdir. Cənab Adnan Oktar da dindar bir insan olduğundan və həm özü, həm də “BAV” (Bilim Araştırma Vakfi) cəmiyyəti milli-mənəvi mövzularda həssas insanlar kimi tanındıqlarından bu şəxslərin ictimaiyyət arasında etibarını zədələməyin ən asan yolunun cinsi məzmunlu  iftiralar olduğu düşünülmüşdür. Belə ki, ortaya atılan “hərəmxana” və ya “Adnan Oktarın xanımları” kimi cinsi məzmunlu ssenarilər tamamilə əsassızdır.

Bu əsilsiz iddialar BAV cəmiyyətinə qarşı 12 noyabr, 1999-cu ildə polis əməliyyatından sonra məhkəmədə dilə gətirilmiş, ancaq bu ssenarilərdə zərərçəkmiş kimi göstərilən xanımların hamısı iddiaların tamamilə uydurma olduğunu, BAV çevrəsindən tanıdıqları insanların əxlaqlı və səviyyəli şəxslər olduqlarını bildirmişlər. Məhkəmədə iştirak edən bir çox şahid bunları təsdiq etmişdir. 

Cənab Adnan Oktarın və dostlarının guya narkotik maddədən istifadə etdiyi həqiqətdən kənardır.

Cənab Adnan Oktarı etibardan salmaq üçün ortaya atılan başqa bir iddia da özünün və dostlarının guya narkotik maddələrdən istifadə etməsidir. 

Cənab Adnan Oktar onun mənəvi yöndə çalışmalarından rahatsız olan çevrələrin təsiri ilə 1991-ci ilin ortalarında yeni bir təxribatla qarşı-qarşıya qalmışdır. Bu dövrdə özü masonluq tarixi və dünya masonluğunun təşkilatlanması ilə əlaqədar son dərəcə önəmli bir kitab üzərində işləyirdi. Cənab Oktarın anası ilə birlikdə yaşadığı Ortaköydəki evinə gələrək yoxlama aparan polislər təxminən iki min kitabdan ibarət kitabxanada əllərini atdıqları ilk kitabın içindən bir paket kokain tapmışdılar. 

O günlərdə İzmirdə bir neçə dostu ilə birlikdə olan cənab Adnan Oktar əsilsiz bəhanə ilə tutulmuş və İstanbul Polis İdarəsinə  gətirilmişdir. 72 saatdan sonra kokain testi üçün məhkəmə tibbi ekspertizaya göndərilmişdir.  Cənab Adnan Oktarın qanında kokainə yaxın bir maddənin yüksək dozada olduğu açıqlanmışdır. 

Cənab Adnan Oktar polis idarəsində 72 saat qalmış, təxliyə bundan sonra edilmişdir. Belə ki, qan testi ilə elmi şəkildə kokainin neçə saat öncə qəbul edilməsini hesablamaq mümkündür. Cənab Adnan Oktarın  qanından çıxarılan kokain dozası isə 72 saat öncədən alınmış olsa, deməli, bu, cənab Adnan Oktarın ölümünə səbəb olacaq qədər yüksək bir dozadır. Bu vəziyyət kokainin cənab Adnan Oktara  həbs vaxtı verildiyini göstərir. Yəni kokain cənab Adnan Oktar həbsdə olarkən yeməyinə qarışdırılıb verilmişdir. 

Bu həqiqət aralarında  “Scotlanda Yard”ın da olduğu 30-a yaxın beynəlxalq məhkəmə tibbi ekspertizalar tərəfindən də təsdiq edilmişdir. 

Hamısının araşdırma üçün özlərinə göndərilən sənəd haqqında ortaq cavabı belədir: “Kokain Adnan Oktara həbsdə ikən yeməyinə qarışdırılaraq verilmişdir. Hadisə təxribat xarakterlidir”.  

Daha sonra Türkiyə Məhkəmə Tibbi Ekspertizası KOKAİNİN HƏBSDƏ İKƏN YEMƏYİNƏ QARIŞDIRILMAQ SURƏTİ İLƏ VERİLDİYİNİ TƏSDİQLƏMİŞDİR.

Bundan başqa, 1999-cu ildə BAV cəmiyyətinə qarşı 45 evə gecə saat 03:00-da eyni anda  basqın edilmiş, evlər səhərə qədər axtarılmış, lakin TƏK BİR DƏNƏ BELƏ HÜQUQA ZİDD ÜNSÜRƏ RAST GƏLİNMƏMİŞDİR.

Göründüyü kimi,  söz mövzusu məktubda keçən əsassız iddialar cənab Adnan Oktara və dostlarına daha əvvəl də atılmış və əksi dəfələrlə sübut edilmiş iftiralardan ibarətdir.  

Araşdırmaçı və obyektiv xəbərçiliyin bir gərəyi olaraq yayımlanan xəbərlər dəlillərə əsaslanmalı və həqiqəti əks etdirəcək şəkildə doğru, məntiqli və ağıla uyğun arqument və dəlillərlə dəstəklənməli və eyni zamanda, söz mövzusu şəxslə və yaxud yazıda bəhsi keçən hadisələrlə əlaqəsi olan şəxslərlə aparılan reportajlardan və ya dialoqdan hissələrə yer verilməlidir. Ancaq bunlardan sonra oxuculara hər hansı bir iddianın doğruluğu sağlam bir analizlə sübut edilə bilər.  

Bilindiyi kimi, həqiqətdən xaric bilgilərlə bir şəxsin və ya qrupun şəxsi hüquqlarını pozmaq bütün dünyada hüquqi şəkildə cinayət sayılır. Dolayısilə, bu yayımın saytdan qaldırılıb bunun yerinə mövzu ilə əlaqəli doğru açıqlamalarımızın yayımlanması gərəkir. 

Belə yalanlar türklərlə azərilərin qardaşlığından, birlik və bərabərliyindən narahat olan pis niyyətli şəxslər tərəfindən ortaya atılır. Bunları uyduranlar iki qardaş ölkənin arasını açmağı, qardaşlıq və birliklərini yox etməyi hədəfə alıblar.

Xatırlatmaq istəyirik ki, türklər və azərilər qardaşdır. Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. Dili bir, dini bir, qibləsi bir, kitabı bir, ideyası bir, əsli birdir. Bu iki qardaş millətin arasını açmağı düşünmək xülyadır. Gərginliyi artırmaq, davamlı düşmənlik hissini körükləmək heç kimə fayda verməyəcək.  Çağımız qəzəb və kin çağı deyil; dostluq, sevgi, anlayış, işbirliyi və qardaşlıq dövrüdür.

Müvəkkilim cənab Adnan Oktar da azəri qardaşlarımıza qarşı çox dərin sevgi bəsləyir. Bu iki qardaş ölkənin bir an öncə birləşməsini istəyir. Xəbərdə yer alan iddiaların həqiqətlərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Dəyərli və qardaş azəri xalqı bunu kimi qaynağı qeyri-müəyyən və uydurma dedi-qodulara etibar etməməlidirlər. 

Hörmətlə ictimaiyyətin nəzərinə çatdırırıq!

Adnan Oktarın vəkili

Vəkil Gülcan Karakaş"