Bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının tələbəsinin guya zəhərlənərək dünyasını dəyişməsilə bağlı informasiyalar yayılıb.
Rubrika.az saytının əməkdaşı məsələ ilə bağlı araşdırması aparıb. Adıçəkilən təhsil ocağından verilən məlumatda bildirilib ki, Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının Riyaziyyat-informatika fakultəsinin 2-ci kurs tələbəsi Nəcibli Güldəstə Elçin qızı ilə bağlı mediada yayılmış informasiyalar təhrif edilərək şişirdilib.
Filialın tədris və elmi işlər üzrə direktor müavini Şahsəddin Mikayılovun verdiyi məlumata görə, ikinci kurs tələbəsi Nəcibli Güldəstənin səhhətində müəyyən narahatlılar müşahidə olunduğundan o xəstəxanaya müraciət edib:
"Tələbəmizə lazimi tibbi yardım göstərilib və bundan sonra o evə buraxılıb. Hazırda o müalicəsini ev şəraitində davam etdirir və həyatı üçün hansısa təhlükə yoxdur. Təəssüflə bildiririk ki, bəzi saytlar dezinformasiya yayaraq tələbəmizin dünyasını dəyişdiyini iddia ediblər. Bir daha rəsmən bildirirəm ki, bu ağ yalandır və kimlərinsə uydurmasından başqa heç nə deyil".