Xəbər lenti

ADSEA jurralistlərin 150 illik yubiley bayramını təbrik etdi (FOTO)
Foto 19:15 19.07.2025

ADSEA jurralistlərin 150 illik yubiley bayramını təbrik etdi (FOTO)

Həsən bəy Zərdabidən başlanan əzəli yolun - Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ölkənin bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş təşkil edib.

Görüşdə müxtəlif media orqanlarını təmsil edən jurnalistlər bir araya gəldi. ADSEA-nın rəhbər şəxsləri jurnalistləri təbrik edərək bildirdilər ki, mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyə təsir edən əsas qüvvələrdən biridir. Xüsusilə su ehtiyatlarının idarə olunması, ekoloji problemlər, dayanıqlı inkişaf kimi sahələrdə medianın rolu danılmazdır.

Görüş səmimi və xoş atmosferdə keçib, Agentliyin rəhbər şəxsləri media nümayəndələrini təbrik edərək cəmiyyətin məlumatlandırılması istiqamətində göstərdikləri birgə səyə görə onlara təşəkkürlərini bildiriblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->