"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.
Qaynarinfo şirkətə istinadən xəbər verir ki, söhbət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə daşınan yüklərdən gedir. Belə ki, "ADY Express" 250 ton polad borunu 26 yarımvaqonda Gəncəyə, 100 ton plastmass borunu 11 platformaya yükləməklə Şəmkirə nəql edilib. 600 ton beton dirəyi isə 10 yarımvaqonda Abşerona çatdırıb. Bütün yüklərərin çatdırılma (tramzit) vaxtı 3 gün təşkil edib.
Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaacana nəql olunub.
BTQ ilə bu cür daşınmaların davamlı olması nəzərdə tutulub. Çünki dəmir yolu xətti yüklərin rahat, sürətli və təhlükəsiz daşınmasını təmin edir.
Şərhlər