
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Qaynar.info-nun məlumatına görə, Topaz Premyer Liqasının son turunda baş verən qayda pozuntularına hüquqi qiymət verən qurum üzvləri “Simurq”u 2200 manat cəzalandırıb.
Bunlardan 2000 manat zaqatalalıların “Qarabağ”la ev oyununun 63-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görədir. “Simurq”un futbolçusu Rəşad Eyubov isə matçın 81-ci dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün özü 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
“Rəvan”la səfər oyunun 74-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayevin də cəzası eyni olub. “Bakı” ilə “İnter” müvafiq olaraq 4 və 5 futbolçusu sarı vərəqə aldığına görə hərəyə 1000 manat cərimələnib.
Qaynar.info