Xəbər lenti

AFFA Almaniya ilə oyundan nə qədər qazanıb?
İdman13:27 11.04.2017

AFFA Almaniya ilə oyundan nə qədər qazanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaynar.Az