Xəbər lenti

AFFA bilet satışına başladı
İdman17:00 03.08.2015

AFFA bilet satışına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də baş tutacaq Azərbaycan – Xorvatiya qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sport7.az xəbər verir ki, qarşılaşma saat 21:00-da, "Bakcell Arena”da keçiriləcək. Biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışına da start verilib.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir. (affa.az)

Qaynar.info