İdman 16:00 12.08.2022

AFFA bu klubları cərimələdi

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk turu ilə bağlı qərarlarını açıqlayıb.

Qaynarinfo qurumun rəsmi saytına isinadən xəbər verir ki, komitənin iclasında ilk turda baş verən qayda pozuntularına dair cəzalar aşağıdakı kimi olub.

"Kəpəz” – "Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunur. "Kəpəz” – "Zirə” oyununun 83-cü dəqiqəsində "Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

"Qarabağ” – "Səbail” oyununda "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

"Turan Tovuz” – "Qəbələ” oyununun 32-ci dəqiqəsində "Turan Tovuz” klubunun 30 nömrəli futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Səbuhi Həsənov