Azərbaycanlı məşqçilərə PRO lisenziyaları verilib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.
Diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Səbuhi Həsənov