Xəbər lenti

AFFA daha 3 nəfəri futboldan “sildi”
İdman11:55 10.01.2020

AFFA daha 3 nəfəri futboldan “sildi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın "danışılmış oyunlar”la bağlı daha bir qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:
Namiq Yusifov - "Qarabağ” FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev - "Səbail-2” komandasının sabiq oyunçusu
Kamran Əkbərov - "Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.